Cahit Sıtkı Tarancı



Əsərin özəti

Diplom işimdə həyatının və xüsusilə də şerlərinin üzərində dayandığım böyük və özünəməxsus keyfiyyətləriylə çoxlarından fərqlənən Türk şairi C.S.Tarancının həyatı, yaradıcılığı ədəbi şəxsiyyəti və fikirlərinə xüsusi diqqət yetirilmiştir. İlk sətirlər Pröf.Dr.İnci Ennginünün və Asım Bezircinin şair haqqındakı sitatlarıdır.
Bu iş 2 bölmədən ibarətdir. 1-ci bölmədə şairin həyatı və şerlərində ən çox işlənmiş mövzulardan söhbət gedir. Doğulduğu gündən ölümünədək Tarancının yaşadığı həyat “C.S.Tarancının həyatı” hissəsində açıqlanmışdır. 2-ci hissədə C.Sidqinin şerləri mövzu baxımından təsnifatı verilir. Bu hissələr “Yalnızlık-Uykusuzluk”, “Ölüme Dair”, “Aşk şiirleri” və “Genel konular” kimi başlıqlar altında izah edilmişdir.
2-ci bölmədə şairin yaradıcılığından bəhs edilir. Bu bölmədə “Şiir Üzerine Görüşleri”, “Türler” (Janrlar), “Dil ve Vezin” mövzuları açıqlanmışdır.
Ən sonda tənhalıq, ölüm və sevgi şerlərindən seçmələr verilmişdir. Bu hissə C.S.Tarancı haqqındakı məlumatlara nəticə vermək və 2-ci bölmədə izah olunan dil və vəzin bəhsinin nümunələrlə açıqlanmasından ötrü buna yerləşdirilmişdır.

Araşdırmanın tam mətni

Naili-i Kadim və Hind üslubu



Əsərin özəti

Səbki-Hindi XVII əsr şərq ədəbiyyatında görkəmli nümayəndələri ilə əhəmiyyətli yerə sahib olan, Hindistan, Əfqanıstan, Tacikistan, Türkiyə və Azərbaycan kimi geniş ərazilərdə cərəyan edən bir üslubdur. Magistr dissertasiyası olan bu çalışmada bu üslub haqqında məlumat vermək, əsas xüsusiyyətlərini nümunələrlə izah etməyə çalışılmışdır. Bunun üçün bu üslubun bütün özəlliklərini şeirlərində əks etdirən sənətkarlar içərisindən türk ədəbiyyatının gəzəl ustalarından sayılan Nailinin şeirlərindən beytlər seçilmiş və açıqlanmağa səy göstərilmişdir.
Giriş və 2 bölmədən ibarətdir. Girişdə epiqraf olaraq Nailinin gəzəlindən bir beyt və XVII əsr türk ədəbiyyatı, o zamanın üslubları, əsas nümayəndələri və s. haqda məlumat verilmişdir. 1-ci bölmədə Nailinin həyatı və ədəbi şəxsiyyəti, 2-ci bölmədə isə Səbki-Hindi və onun nümunələrlə izahı işlənmişdir.

Araşdırmanın tam mətni